Qəbul imtahanlarında Qəbələ rayonundan olan məzunlardan 34 nəfəri 600 baldan yuxarı nəticə göstərib.
22 avqust 2019 | 02:00
Son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərmişdir. Belə ki, bu il Qəbələ rayonu üzrə ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 900 nəfərədək məzundan 485 nəfəri tələbə adını qazanıb, qəbul imtahanlarında iştirak edən məzunlardan 34 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdir.