Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Kürd kəndində səyyar görüş-qəbul keçirilib.

22 avqust 2019 | 04:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rayonun Kürd kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib.
Keçirilən növbəti görüş-qəbulda hüquq mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndaləri iştirak etmişlər. Görüş qəbulu giriş sözü ilə açan RİH başçısı Səbuhi Abdullayev ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, rayonumuzda həyata keçirilən sosial-iqtisadi abadlıq-quruculuq işləri barədə görüş iştirakçılarına məlumat vermiş, Kürd kəndinin də bu layihələrdən kənarda qalmadığını bildirmişdir. Belə ki, Kürd kəndində yeni müasir məktəb binası tikilmiş, kənd əhalisi fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin olunmuş, digər abadlıq quruculuq işləri görülmüşdür. Görüşdə iştirak edən təhsil, səhiyyə və digər xidmət təşkilatlarının rəhbərləri kənddə görülmüş işlər və nəzərdə tutulan tdbirlər barədə məlumat vermişlər. Kənd ictimaiyyətinin nümayəndələri adından çıxış edən Elxan Ağayev, Məhərrəm Qoçuyev, Ələm Verdiyev, Nemət Qurbanov, Əlikram Məmmədov və başqaları rayonda, kənddə sosial iqtisadı abadlıq quruculuq işlərinə, kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən böyük qayğı və dəstəyə görə ölkə Prezidenti möhtərəm vənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Çıxış edənlər eyni zamanda Qəbələ-Ağdaş magistralından kəndə gələn yolun asfatlaşdırılmasına, ərazidə olan elektrik xətlərinin təmir edilməsinə suvarma suyu ilə təminatın yaxşılaşdırılmasına yeni yaşayış məhəlləsinə təbii qaz xətinin çəkilməsini kömək göstərilməsini xahiş etmişlər. Qeyd olunan problemlərin həlli üçün konkret tədbirlər müəyyənləşdirilmiş, səsləndirilmiş təkliflərlə bağlı aidiyyəti məsul şəxslərə zəruri tapşırıqlar verilmişdir.

Foto qalereya

Keçidlər