Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Sosial sahənin inkişafına dövlət qayğısı artırılır.

24 avqust 2019 | 00:00

Rayon üzrə 01 avqust 2019-cu il vəziyyətinə 11052 nəfər əmək pensiyası qeydiyyatda olmuşdur ki, onlardan 7374 nəfəri yaşa görə, 2914 nəfəri əlilliyə görə, 764 nəfəri isə ailə başçısını itirməyə görə olmuşdur. 01 oktyabr 2018-ci ildən etibarən pensiyaların ödənilməsində yeni proqram təminatının tətbiqinə başlanılmış, müavinətlərin ödənilməsi üçun yeni proqram təminatına keçid işlərinin sistemə daxil edilməsi başa çatdırılmışdır. ”Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25.02.2019-cu il tarixli Sərəncamına müvafiq olaraq, 410 nəfər birinci qrup əlilə və 523 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərə qulluq edən şəxsə 50.00 manat , 488 nəfər birinci qrup əlil şəxsə isə 100.00 manat məbləğində aylıq müavinət təyin olunmuşdur. 503 nəfər müharibə iştirakçısına kommunal xərclər əvəzinə aylıq 80.00 manat təyin olunmuşdur. Qeyd olunan sərəncama uyğun olaraq sosial müavinət və Prezident təqaüdlərinin məbləği orta hesabla 80% artırılmışdır. Şöbə üzrə 33 nəfər imtiyazlı şəxs sanatoriya-kurort yollayışları ilə təmin olunmuş, 63 nəfər tənha ahıl və əlil vətəndaşa evlərində sosial məişət xidməti göstərilmişdir.

Keçidlər