Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin iş prinsipi və maliyyə savadlılığının artırılması üzrə Qəbələdə təlim keçirilib.

30 avqust 2019 | 16:00

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə 30 avqust 2019-cu il tarixində Qəbələ rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qəbələdə mikro, kiçik və orta sahibkarlıq (KOS) subyektləri üçün Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (reyestr) məqsədi, iş prinsipi və üstünlükləri ilə bağlı təlim keçirilib.
Sahibkarların və kredit təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə ölkədə həyata keçirilən islahatların uğurlu nəticələri barədə məlumat verilib, bu islahatların məntiqi nəticəsi olaraq ölkəmizin nüfuzlu “Doing Business - 2019” hesabatında 190 ölkə arasında 32 pillə irəliləyərək 25-ci yerdə qərarlaşması xüsusi vurğulanıb.
Reyestrin üstünlükləri barədə danışılarkən onun əsas iş prinsipi, yüklülüyün növləri və yüklülük predmeti, sahibkarlar və maliyyə qurumları üçün faydası barədə ətraflı məlumat verilib. Bildirilib ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edə bilər. Daşınar əşyalara hər cür avadanlıqları, kənd təsərrüfatı texnikalarını, heyvanları, biznesdə istifadə olunan əşyaları aid etmək olar.
Bildirilib ki, 30 avqust 2019-cu il tarixinə Reyestrdə qeydiyyatdan keçmiş şəxslərin sayı 600-dən çox, sistemə daxil edilmiş bildirişlərin sayı isə 37 mindən artıq olub.
Daha sonra, KOBİA-nın yaradılmasının məqsədi və fəaliyyət istiqamətləri barədə məlumat verilib, agentliyin fəaliyyətinin əsas məqsədinin kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində zəruri dəstək tədbirlərinin həyata keçirilməsi olduğu bildirilib. Bu tədbirlər güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, qabaqcıl təşkilati modellərin tətbiqi, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, xarici bazarlara çıxış, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətləri əhatə edir.
Təlimdə həmçinin sığorta bazarı ilə bağlı maarifləndirmə xarakterli mövzulara toxunulub, Palata əməkdaşları tərəfindən sığorta bazarı, bazarın xüsusiyyətləri, sığortanın növləri haqqında təqdimatlar edilib.

Keçidlər