Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələdə 19 kilometrlik yolun yenidən qurulması işləri yekunlaşıb.

06 sentyabr 2019 | 00:00

Qəbələ rayonunda uzunluğu 19 kilometr olan yerli əhəmiyyətli Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hazırda hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrinin eni 2 metr olmaqla, yol yatağının eni 10 metr təşkil edir. Layihəyə uyğun olaraq, yolun asfaltlanması işləri də aparılıb. Həmçinin Zalamçay üzərində yerləşən və 42 metr uzunluğa malik avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyü üçün əvəzinə 4 aşırımlı yeni körpü inşa olunub. Eyni zamanda, zəruri olan yerlərdə 8 avtobus dayanacağı inşa edilib, hərəkətin normal təşkili üçün yol nişanları, siqnal dirəkləri və kilometr göstəriciləri quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, eləcə də piyada zolaqları çəkilib. Başlanğıcını respublika əhəmiyyətli Ağdaş-Zarağan avtomobil yolundan götürən və 19 kilometr uzunluğa malik Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 8 mindən artıq əhalinin yaşadığı 11 yaşayış məntəqəsini əhatə edir.

Keçidlər