Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Azərişıq” ASC-nin rəhbərliyi şimal-qərb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.

06 sentyabr 2019 | 02:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin sentyabrında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərişıq” ASC-nin sədrinin vəzifəsini icra edən Vüqar Əhmədov sentyabrın 5-də Qəbələ şəhərində, Qəbələ və İsmayıllı rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.
Müraciətləri əsas hissəsi yerindəcə həllini tapıb. “Azərişıq” ASC-nin rəhbərliyi bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib.      
Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər