Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Qəbələ” və “Fənərbaxça” idman klublarının boks komandaları arasında yoldaşlıq oyunu keçirilmişdir.

09 iyul 2013 | 09:30

Qəbələ Olimpiya İdman Kompleksində “Qəbələ” və “Fənərbaxça” idman klublarının boks komandaları arasında yoldaşlıq oyunu keçirilmişdir. Yarışda boksçular 8 çəki dərəcəsində mübarizə aparmışdır. Dəbilqə ilə döyüşən boksçuların görüşündə Rüstəm Musayev Muhammet Ünlünü (52 kq), Hidayət Musayev Hakan Kaynarı (69), Ramil Əhmədov Osman Aydını (75) məğlub etmişdir. Dəbilqəlilərdə yalnız Məhəmmədəli Tahirov Şeyda Kəsərə (91) uduzmuşdur.Dəbilqəsiz boks döyüşlərində isə Ruslan Alıyev Volkan Gökçəkə (60) qalib gəlsə də, sonrakı döyüşlərdə Şahin Həsənov Yakup Şənərə (69), Elvin Qənbərov isə Öndər Şipala (75) məğlub olmuşdur. Yoldaşlıq görüşünün son qarşılaşması isə daha maraqlı keçmişdir. Belə ki, türk idmançısı əgər o görüşdə qalib gəlsəydi, hesab bərabərləşəcəkdi. Ancaq Rahil Məmmədli Avni Yıldırımı (81) məğlub etmiş və yoldaşlıq görüşü 5:3 hesabı ilə “Qəbələ” klubunun komandasının xeyirinə başa çatmışdır.

Keçidlər