“Gender və Liderlik təlimləri” başlıqlı təlim keşirilmişdir.
Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birlikdə 2012-ci ildən başlayaraq qadınların ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədilə “Dayaq Mentorluq proqramı” həyata keçirir. Layihənin davamı olaraq Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi Qəbələ Rayon Heydər Əliyev Mərkəzində təlim xarakterli tədbir keçirmişdir. Tədbirdə Qəbələ və Oğuz rayon icra hakimiyyəti başçılarının müavinləri, ictimai-siyasi və hümanitar, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbələrinin əməkdaşları iştirak etmişlər. “Gender və liderlik təlimləri” adlanan tədbirdə Respublika Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin əməkdaşları Aynur Veysəlova və Aytəkin Hacıyeva mövzu ilə əlaqədar mülahizələrini iştirakçılarla bölüşmüşlər. Tədbirdə ölkəmizdə gender siyasəti sahəsində həyata keçirilən proqramlar barədə ətraflı məlumat verilmiş, qadınların ictimai həyatda rolunu daha da gücləndirmək yolları müzakirə olunmuşdur. Tədbir dialoq şəkilndə keçirilmişdir.