Qəbələ şəhərinin daxili yollarına yeni asfalt örtüyü çəkilir.
19 sentyabr 2019 | 16:00
Qəbələ rayon icra hakimiyyəti tərəfindən Qəbələ şəhərinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün kompleks tədbirlər və yenidənqurma işləri davam etdirilir. Hal-hazırda şəhərin əsas küçələrə çıxan daxili yollarına yeni asfalt örtüyü çəkilir. Tədbirlər planına uyğun olaraq Qəbələ şəhərinin Əhmədağa Bağırov küçəsində 486 m, Cəfər Cabbarlı küçəsində 763 m, Musabəyov küçəsində 470 m və Səttərxan küçəsində 654 m yeni asfalt örtüyü vurulmuş, M.F.Axundov küçəsində 900 metrlik məsafədə asfalt örtüyün vurulması işləri aparılır. Şəhər sakinləri görülən bu işlərə görə ölkə başçısına minnətdarlıqlarını bildirirlər.