Əhalinin siyahıyaalınmasına dair seminar keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən, 2019-cu il oktyabrın 1-dən 10-dək respublikamızda əhalinin növbəti dəfə siyahıyaalınması keçiriləcək. Ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan bu mühüm dövlət tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Qəbələ rayonunda da ciddi hazırlıq işləri görülür. keçirilməsi, Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi, onun optimal qaydada keçirilməsi, və yekunlarının işlənməsi məqsədilə bu günlərdə şəhər 5 nömrəli məktəbdə seminar-müşavirə keçirilib. Seminar-müşavirəni açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev tədbir iştirakçılarına əhalinin siyahıyaalınmasının mahiyyəti barədə məlumat verib, ölkənin bütün vətəndaşlarına aid demoqrafik, iqtisadi və sosial məlumatların müəyyən olunmuş vaxtında toplanılması, ümumiləşdirilməsi, öyrənilməsi və yayılması baxımından müstəsna əhəmiyyətə malik olduğunu, həmçinin siyahıyaalınmanın əhalinin sayı, yerləşməsi, tərkibi və müəyyən bir dövr üzrə vacib olan xüsusiyyətləri barədə ətraflı məlumatların hazırlanmasını şərtlənirdiyini diqqətə çatdırıb. Rayon statistika idarəsinin rəisi Ayaz İsgəndərov çıxışında müstəqil Azərbaycan Respublikasında əhalinin ilk siyahıyaalınmasının 1999–cu ildə keçirildiyini qeyd edərək müasir dövrdə əhalinin siyahıyaalınmasının aktuallığını qabaqcıl monitorinq tədqiqatı kimi səciyyələdirib. O, əhalinin artımı barədə məlumatların ölkədə sosial-iqtisadi proseslərinin idarə edilməsində, sosial-iqtisadi proqramların işlənməsində və reallaşdırılmasında mühüm məlumat mənbəyi olduğunu vurğulayıb, siyahıyaalma ilə məşğul olacaq məsul şəxslərin üzərinə düşən vəzifələri izah edib. Seminarlar-müşavirədə iştirakçılarının siyahıyaalma ilə əlaqədar bütün sualları cavablandırılmışdır.