Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yeni layihə reallaşdırılır.

25 sentyabr 2019 | 16:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçirdiyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzləri xidmətinin göstərilməsi” müsabiqəsinin Qəbələ rayonu üzrə qalibi olan “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyi tərəfindən şəhərimizdə yeni layihənin həyata keçirilməsinə başlanıb. Xidmət mərkəzinin sentyabrın 25-də keçirilən açılış mərasimini Qızıl Aypara Cəmiyyəti rayon tyəşkilatının sədri Sədaqət Bayramova açıb. Mərasimdə rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova çıxış edərək dekabrın 31-dək davam etdirilməsi nəzərdə tutulan layihənin məqsədinin uşaq bağçalarına yerləşdirilməsi mümkün olan uşaqlar istisna olmaqla 3-12 yaş arası çətin şəraitdə yaşayan 30 uşağa günərzi xidmətlərin göstərilməsindən ibarət olduğunu bildirib. Məruzədə həmin uşaqlara gündəlik sosial və psixoloq xidməti göstəriləcəyi vurğulanıb. “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin sədri İradə Nəsirova çıxışında uşaqların maraq və qabiliyyətləri nəzərə alınmaqla müxtəlif dərnəklər vasitəsilə özünəxidmət bacarıqlarının artırılması və təxəyyüllərinin inkişaf etdirilməsi, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcəyini qeyd edib.Rayon Təhsil şöbəsinin müdiri Arifə Bayramova, şəhər 1 nömrəli tam orta məktəbin direktoru Məhəbbət Rüstəmova, ağsaqqalar şurasının sədri Nazim Mustafayev, şəhər sakinlərindən Sevil Talıbova, Rəna Əbdürəhimova və başqaları açılış mərasimində çıxış edərək uşaqlara göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər