Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Bayramkoxalı kəndində səyyar görüş-qəbul keçirilib.

27 sentyabr 2019 | 16:00

Görüş qəbulda rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, işıq, qaz təchizatı, yol tikintisi, suvarma sistemləri və digər xidmət təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Görüş-qəbulu açan rayon icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən quruculuq işlərindən, iqtisadi və sosial sahədə həyata keçirilən nəhəng layihələrdən danışıb. Kənd təbii qazla, daimi elektrik enerjisi, içməli və suvarma suyu ilə tam təmin olunduğunu diqqətə çatdıran RİH-nin başçısı çıxışında Bayramkoxalı sakinlərinin tarixən əkinçilik, maldarlıq, baramaçılıq və sair kənd təsərrüfatı sahələri ilə məşqul olduqlarını və bu sahədə qabaqcıl ənənələrə yiyələndiklərini bildirib.Kəndin ərazisində kifayət qədər olan münbit torpaq sahələrindən məqsədyönlü istifadə edildiyini vurğulayan RİH-nin başçısı ölkə Prezidentinin qeyri-neft sektorunun inkişaf etdirilməsi barədə tapşırıqlarının layiqincə yerinə yetirilməsi istiqamətində yaşayış məntəqəsində xeyli iş görüldüyünü, dövlət başçısının aqrar sektorunun inkişafına göstərdiyi diqqət və qayğıya kənd əhalisinin əməli işlə cavab verdiklərini deyib. Qeyd olunub ki, Bayramkoxalıda bu gün taxılçılıq, maldarlıq məhsullarının istehsalı, baramaçılıq yüksələn templə inkişaf edir.Görüş-qəbulda təhsil, səhiyyə, yol istismarı, suvarma sistemləri, qaz, enerji təchicatı və digər xidmət təşkilatlarının rəhbərləri kənddəki bu sahələrə dair mövcud vəziyyət barədə məlumat veriblər. Sonra kənd sakinləri dinlənilib. Çıxış edənlərdən Vəlixan Orucov, Musa Musayev, Nadir Qəhrəmanov, Habil Musayev, Hilal Əkbərov, Zakir Salehov və digərləri kəndli əməyinə verilən yüksək qiymətə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, burada əhalinin rifahının yaxşılaşmasında əhəmiyyətli rol oynayan baramaçılıq kimi gəlirli bir sahənin yenidən canlandırılması kəndlilərin ürəyincə olub. Çünki barama məhsulu qısa müddətdə başa gəlir və emal müəssisələri tərəfindən yaxşı qiymətə alınır. Görüş-qəbul iştirakçıları Hacıalılı-Mamaylı-Bayramkoxalı yolunun asfaltlaşdırılmasını, Dəmiraparan çayının kəndin ərazisindən keçən hissəsinə bənd vurulmasını, yeni artezian quyusunun qazılmasını, məktəbin əsaslı təmir olunmasını, yeni yaşayış massivinə qaz xəttinin çəkilməsini və işıq dirəklərinin dəyişdirilməsini xahiş ediblər. Görüş-qəbulda səslənən təklif və müraciətlərin öyrənilib müvafiq tədbirlər görülməsi ilə bağlı RİH başçısı tərəfindən aidiyyatı vəzifəli şəxslərə tapşırıqlar verilib.

Keçidlər