“Qəbələ” İdman Klubunun cüdoçusu Avropa kubokunda qızıl medal qazanıb.
30 sentyabr 2019 | 16:00
“Qəbələ” İdman Klubunun cüdoçusu İmran Yusifov Avropa kubokunda qızıl medal qazanıb. +100 kq çəki dərəcəsində çıxış edən idmançımız Lüksemburqda keçirilən yarışda uğur əldə edib. Cüdoçumuz keçirdiyi bütün görüşlərdə qələbə qazanmağı bacarıb. İmran ilk mərhələdə fransalı Jozef Terheci, yarımfinalda ispaniyalı İrinel Vasile Çelaru Qriqoraşı məğlubiyyətə uğradıb. Qızıl medal uğrunda qarşılaşmada onun rəqibi fransalı German Andreyev olub. Ardıcıl üçüncü qələbəsini qazanan cüdoçumuz Avropa kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.