Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Prokurorluq İşçiləri Günü qeyd olunub.

02 oktyabr 2019 | 02:00

Qəbələ Rayon Prokurorluğunun işçiləri peşə bayramlarını qeyd ediblər. Oktyabr 1-də Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev, rayon prokurorluğunun, digər hüquq mühafizə orqanlarının işçiləri Qəbələ şəhərinin mərkəzində yerləşən Heydər Əliyev parkına gələrək ulu öndərin burada ucaldılan abidəsi önünə gül-çiçək dəstələri düzmüş, dahi rəhbərin xatirəsinə ehtiramlarını nümayiş etdirmişlər. Rayon prokurorluğunun inzibati binasında davam edən bayram tədbirində rayon prokuroru, baş ədliyyə müşaviri Məqsəd Orucov məruzə etmiş, Azərbaycanda prokurorluq orqanlarının yaranma tarixi və bu günü haqqında danışmışdır. Məqsəd Orucov bildirmişdir ki, Azərbaycan Respublikasında prokurorluq sisteminin yaranmasından 101 il keçir. Belə ki, 1918-1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş Xalq Cumhuriyyətinin Nazirlər Şurasının qərarı ilə 1 oktyabr 1918-ci ildə Bakı Dairə Məhkəməsi tərkibində prokurorluq orqanları fəaliyyətə başlamışdır. Aradan keçən 101 ildə Respublikamızın Prokurorluq orqanları çətin və şərəfli bir yol keçmişdir. Azərbaycan Respbulikası 1991-ci ildə ötən əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra artıq ölkə prokurorluğunun işinin milli maraqlar üzərində qurulması üçün ardıcıl tədbirlər həyata keçirilmişdir. Azərbaycan xalqınin ümummilli lideri Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə 1 oktyabr Respublikamızda Prokurorluq İşçiləri Günü elan olunmuşdur. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev peşə bayramları münasibətilə rayon prokurorluğu işçilərini təbrik etmiş, qanunların keşiyində şərəflə durmuş bu orqanının işinin daha da yaxşılaşdırılması üçün respublikamızda həyata keçirilən tədbirlərdən danışmışdır. Çıxış edənlər prokurorluq orqanlarına göstərilən qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər