Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Müəllimlərin peşə bayramına həsr olunmuş tədbir keçirilmişdir.

03 oktyabr 2019 | 00:00

Heydər Əliyev Mərkəzində “5 oktyabr- Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbiri mərkəzin direktoru Kəmalə Qasımova açaraq həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin -- Beynəlxalq Müəllimlər Gününün UNESCO-nun qərarı ilə 1966-cı ildən qeyd edildiyini bildirib. Qeyd olunub ki, ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Vurğulanıb ki, ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Son illərdə ölkəmizdə, eləcə də rayonumuzda heç bir dövrdə olmadığı qədər yeni məktəblər tikilib, əlavə korpuslar inşa olunub. Tədbirdə digər çıxış edənlər də müəllimləri peşə bayramı münasibətilə təbrik ediblər. Sonda Azərbaycan müəllimlərinin XI qurultayında geniş məruzə edən ulu öndərin çıxışından fraqment nümayiş etdirilib.

Keçidlər