Rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı bu həftə rayonun Çuxur Qəbələ kəndində təşkil ediləcək. Rayonun digər kənd sakinləri də tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər. Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün “1652” Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.