Payızlıq əkin sahələrinin 96,5 faizində şum başa çatıb.
09 oktyabr 2019 | 01:30
Rayonda payızlıq əkinlər üçün şum prosesi davam edir. Ümumilikdə bu il 20100 hektar sahədə payızlıq şum proqnozlaşdırılır. Oktyabr ayının 8-dək 19400 hektar sahədə şum aparılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1500 hektar çoxdur. Artıq payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 96,5 faizi şumlanıb. Şum prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir