Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Poçt işçiləri peşə bayramlarını qeyd ediblər.

10 oktyabr 2019 | 02:00

“Azərpoçt” MMC-nin Qəbələ Poçt Filialının işçiləri oktyabrın 9-da peşə bayramlarını qeyd ediblər. Onlar əvvəlcə ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzmüş, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.
Poçt filialında davam edən bayram tədbirində filialın rəisi Rauf Kərimov Azərbaycan Poçtunun tarixindən, bu günkü fəaliyyətindən danışmışdır. Rauf Kərimov bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan poçt xidmətinin dünya standartları səviyyəsinə qaldırılması üçün ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Ölkə poçtu bu gün xidməti ən yüksək səviyyədə qurmaq üçün lazım olan maddi-texniki bazaya, avadanlıqlara sahibdir. Qəbələ poçt filialı da Respublika poçtu ailəsində layiqli yerini tutur. Bu gün poçtun əhaliyə göstərdiyi xidmətlərin sahəsi xeyli genişlənmişdir. Filialın işçiləri üzərlərinə düşən vəzifənin layiqincə yerinə yetirilməsi üçün əzmlə çalışırlar.
Bayram tədbirində çıxış edənlər onlara yaradılan yüksək iş şəraitinə, poçt işçilərinin maddi rifahının daha da yaxşılaşdırılmasına göstərilən qayğı və diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə iştirak edən Qəbələ Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Məmməd İsmayılov peşə bayramları münasibətilə poçt işçilərini təbrik etmiş, gələcək işlərində uğurlar arzulamışdır.

Keçidlər