Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində 2012-2013-cü tədris ilinin məzunlarına diplomların təqdimetmə mərasimi keçirilmişdir.

12 iyul 2013 | 15:00

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi artıq 4-cü ildir ki, fəaliyyət göstərir. Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzində 11 iyul 2013-cü il tarixdə 2012-2013-cü tədris ilinin məzunlarına diplomların təqdimetmə mərasimi keçirilmişdir.Tədbirdə Qəbələ rayon İcra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ə.Osmanova, “Qafqaz Resort hotel”inin icraçı direktoru Ali Çaylak və yerli “Qəbələ” qəzetinin əməkdaşları iştirak edirdilər.Tədbiri giriş sözü ilə mərkəzin Tədris istehsalat işləri üzrə direktor müavini R.Məmmədova açaraq qeyd etmişdir ki, zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Bu gün ölkəmizdə turizmin inkişafı üçün geniş imkanlar mövcuddur. Tədris Mərkəzinin 4 illik fəaliyyəti barədə geniş məlumat verən R.Məmmədova qeyd etmişdir ki, müəssisənin əsas məqsəd və vəzifələrindən biri turizm sektoru üçün peşəkar kadrların hazırlanmasından ibarətdir. Qeyd olundu ki, bu məqsədə yüksək səviyyədə nail olmaq üçün turizm obyektləri ilə sistemli şəkildə iş aparılır, xarici dövlətlərin təcrübələri ilə yaxından maraqlanırlar. Diqqətə çatdırıldı ki, bu gün mərkəzin 154 nəfər məzunu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilən peşələrinə uyğun diplomlara sahib olacaqlar.Mərasimdə iştirak edən Qəbələ RİH-nin başçısının müavini Ətayə Osmanova məzunları təbrik etdi. Natiq öz çıxışında Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev cənablarının gənclərə olan böyük diqqət və qayğısından söhbət açaraq, ölkəmizin turizm sektorunda ildən ilə artan sürətli inkişaf dinamikası barədə məlumat verdi.Sonra söz  “Qafqaz Resort hotel”inin icraçı direktoru Ali Çaylaka verildi. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Dövlət buraxılış ixtisas imtahan komissiyasının sədri təyin olunan Ali Çaylak Tədris Mərkəzində əldə edilən nailiyyətlər, məzunların iş yerlərində qazandığı uğurlar barəsində xoş sözlər dedi. O,  Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin məhz turizm sektoru üçün mütəxəsislər hazırladığını və hazırlanmış kadrlara böyük ehtiyac olduğunu qeyd etdi.Tədris Mərkəzinin direktoru E.Kazımov texniki peşə təhsilinə dövlət qayğısından söhbət açaraq gənclərin bu sahəyə böyük maraq göstərdiklərini vurğuladı. O, öz çıxışında bütün mühəndis-pedaqoji kollektiv adından ölkə prezidenti İlham Əliyev cənablarına, o cümlədən yerli icra hakimiyyəti orqanına, rayonumuzda fəaliyyət göstərən otel rəhbərlərinə gənclərə, təhsilə və tədris mərkəzinə göstərilən diqqət və qayğı üçün minnətdarlığını bildirdi. E.Kazımov bir daha məzunları təbrik etdi, hər birinə uğurlar arzuladı.Tədris Mərkəzinin İngilis-dili müəllimi A.İslamov da bütün məzunlara öz təbriklərini söylədi, tövsiyyələrini bildirdi.Məzunlara diplomların təqdim olunma mərasimi böyük təntənə ilə keçdi. Hərbi xidmətdə olan məzunların valideynləri də bu tədbirdə iştirak edirdilər. Onlar da öz ürək sözlərini, təşəkkürlərini bildirdilər. Bütün məzunların adından çıxış edən Cabbarov Həzi gənclərə göstərilən diqqət və qayğı üçün ilk növbədə ölkə Prezidentinə, qazandıqları bilik və bacarıqlara görə əməyi keçən bütün şəxslərə səmimi qəlbdən minnətdarlıq etdi. O,  çıxışının sonunda onlara göstərilən etimadı doğruldacaqlarına söz verdi.Tədbirin sonunda bütün iştirakçılar məzunlarla xatirə şəkilləri çəkdirdilər.

Keçidlər