Rayonda şəkər çuğundurunun əkin sahəsi iki dəfədən çox artıb
16 oktyabr 2019 | 02:00
Rayonunun təsərrüfatlarında şəkər çuğunduru yığımına başlanılıb. Torpaq mülkiyyətçiləri bu il 192,4 hektar sahədə şəkər çuğunduru əkiblər. Bitkinin əkin sahəsi ötən illə müqayisədə 2,1 dəfə artıb. Fermerlər bu günədək sahələrdən 140 ton şəkər çuğunduru yığıblar. İstehsal edilən məhsul İmişli şəkər zavoduna göndərilir. 2018-ci ildə rayon fermerləri tərəfindən 92 hektar sahədə şəkər çuğunduru becərib, 1875,1 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 203,8 sentner məhsul götürülüb.