Dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir.
Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi 18 oktyabr Milli Müstəqillik günü ilə əlaqədar olaraq Heydər Əliyev Mərkəzində “Dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Toplantıda Muzeyin əməkdaşı Mədinə Xalidli diqqətə çatdırmışdır ki, 1991-ci il oktyabrın 18-i müasir Azərbaycanın tarixinə Dövlət Müstəqilliyi Günü kimi yazılıb. Dövlət müstəqilliyimizin bərpa edildiyi həmin vaxtdan ötən 28 il Azərbaycan tarixinin mürəkkəb və çətin, eyni zamanda, şərəfli dövrü olub. Ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, məqsədyönlü siyasəti sayəsində Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutub, müstəqilliyimiz daha da möhkəmlənib. Bu gün xalqımız dövlət müstəqilliyimizin 28-ci ildönümünü böyük iftixar hissi ilə qeyd edir. Toplantıda çıxış edənlər Ümummilli liderin müstəsna xidmətlərindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlardan söz açmışlar.