Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Dövlət Müstəqilliyi Günü” münasibətilə Qəbələ Rayon Mədəniyyət Mərkəzində tədbir təşkil olunmuşdur.

19 oktyabr 2019 | 02:00

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 28-ci ildönümü münasibətilə Qəbələ Mədəniyyət Mərkəzində tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər 28 il əvvəl dövlət müstəqilliyinin bərpasından, Azərbaycanın həmin dövrdə qarşılaşdığı çətinliklərdən, Respublikamızın çətin, lakin şərəfli müstəqillik yolundan danışıblar. Çıxışlarda müstəqilliyin ilk illərində ölkədə hökm sürən özbaşınalıq, xaos və anarxiya, Ermənistanın Respublikamıza qarşı apardığı qəsbkarlıq müharibəsi, torpaqlarımızın 20 faizinin işğal edilməsi, 1 milyondan artıq soydaşımızın yurd-yuvalarından didərgin düşməsi bir daha xatırlanıb. Bildirilib ki, xalqımızın və dövlətimizin belə bir çətin vaxtında – 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyi qorunub saxlanılıb, ölkəmizdə vətəndaş müharibəsinin qarşısı alınıb, siyasi sabitlik təmin olunub, iqtisadiyyatımız ağır böhran vəziyyətindən çıxarılaraq inkişaf yoluna qədəm qoyub, nizami ordu quruculuğunda, həmçinin bütün sahələrində tərəqqi təmin edilib. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafına, qüdrətlənməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Respublikamızın dövlət müstəqilliyi daha da möhkəmlənir. Daha sonra tədbiri bədii hissə ilə davam etdirmişdir. Bədii-qiraətçi Xəyal Gəncimov vətənpərvərlik mövzusunda şerlər söyləmiş, “Çinar” instrumental ansamblının ifasında musiqilər səsləndirildirilmişdir.

Keçidlər