Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Xoşbəxtliyin ətri” kitabının təqdimatı keçirilib.

21 oktyabr 2019 | 22:00

Qəbələ Mədəniyyət Mərkəzində yerli yazar Nargilə Rəhmanın “Xoşbəxtliyin ətri” kitabının təqdimatı olub. Təqdimat mərasimində rayon icra hakimiyəti başçısının birinci müavini Abil Ağasəfov, Respublikanın Xalq artisti Mircavad Cəfərov, Əməkdar artistlərdən Təhmiraz Şirinov, Əbülfət Oğuz, Nizami Əsgərov, qəbələli yazarlar, rayonun ziyalıları, və digər qonaqlar iştirak ediblər. Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı kitab haqqında və müəllifin yaradıcılığı barədə geniş məlumat verib. O, bildirib ki, “Xoşbəxtliyin ətri” Nargilə Rəhmanın (Qafarova) sayca birinci kitabı olsa da müəllifin bütün janrlarında qələmini sınadığını qeyd edib. Əsasən lirik şeirlərdən ibarət olan kitabda müəllifin son illər yazdığı poeziya nümunələrininyer aldığını deyib. Qeyd olunub ki, bu şeirlərin hər birində şairin vətəndaşlıq mövqeyi, doğma yurda tükənməz sevgisi boy verməkdədir. Bütün bunlar deməyə əsas verir ki, kitab öz müəllifinə böyük və tükənməz sevgi qazandıracaq. İştirakçılara Nargilə xanımın həyat yolu haqqında videoçarx nümayiş etdirilib. Tədbirdə Əməkdar artist Təhmiraz Şirinovun, Əbülfət Oğuzun, Nizami Əsgərovun ifaları böyük və coşğulu alqışlarla qarşılanıb. Eyni zmanda Nizami Əsgərovun Nargilə Rəhmanın şerirlərinə bəstələdiyi mahnılar, musiqisi və sözləri Nargilə xanıma məxsus melodiyalar Əbülfət Oğuzun və qəbələli musiqiçilərin ifasında səsləndirilib. Xalq artisti Məleykə Əsədovanın ifa etdiyi müəllifin “Mənim tənha yalnızlığım” şeiri tədbir iştirakçılarını duyğulandırıb. Nizami Əsgərov “Cabir Novruz Mədəniyyət Fondu”nun Fəxri fərmanını, AYB-nin regional bölməsinin rəhbəri Vüsal Oğuz isə yazııçılar birliyi rəyasət heyətinin “Qızıl qələm” media mükafatı laureatı diplomunu Nargilə Rəhmana təqdim edib. Digər çıxış edənlər “Xoşbəxtliyin ətri” kitabında Nargilə Rəhmanın poetik düşüncələrinin çağdaş ədəbiyyatımızda yeni və orijinal olduğunu bildirərək ona yaradıcılıq uğurları arzulayıblar. Sonda tamaşaçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər