Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

“Gənclərin örnək götürdükləri siyasətçi”

13 iyul 2013 | 15:00

Qəbələ rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Gənclərin örnək götürdükləri siyasətçi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Varis Yaqubov, rayonun idarə və təşkilatlarının qabaqcıl gəncləri iştirak edirdi. İlk öncə tədbir iştirakçıları Ulu Öndərin Mərkəzdəki büstü önünə tər gülləri qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad etdilər. Dəyirmi masa arxasında davam edən tədbirdə Azərbaycanın Himni səsləndi. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə İsayeva  “Gənclərin örnək götürdükləri siyasətçi” mövzusunda çıxış edərək,   Azərbaycanın müasir tarixinin bir qərinədən artıq mərhələsi müdrik dövlət xadimi ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, fenomenal  siyasi və dövlət xadimi kimi tarixə qovuşmuş ulu öndərin  dövlətçilik fəaliyyətinin elmi əsaslarla öyrənilməsi Azərbaycan xalqının milli sərvəti, tükənməz xəzinəsi olan siyasi irsinin araşdırılması son dərəcə böyük əhəmiyyətə malik olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Müstəqil Azərbaycanın gələcəkdə də  yaşadacaq və möhkəmləndirəcək gənc nəslin formalaşması üçün  ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən  demək olar ki  dərhal sonra bu istiqamətdə  əməli tədbirlər həyata keçirməyə başladı. Heydər Əliyev Azərbaycana rəhbərlik edərkən gənclərə həmişə xüsusi diqqət və qayğı bəsləmişdir. Onların fiziki və mənəvi cəhətdən sağlam və savadlı olmaları üçün hər bir şəraiti yaratmışdır. Heydər Əliyev deyirdi: “Mənim üçün   ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki  Azərbaycan Prezidenti kimi  mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm” . Ümummilli lider gənclərə sağlam ruhda tərbiyə almaları, əsil  vətandaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. Bununlada Azərbaycanda  gəncliyin inkişafına təkanın və dəstəyin təməli qoyuldu. Bu gün ölkəmizin gənclərinin hər bir sahədə inkişafına geniş şərait yaradılıb. Azərdaycan Respublikası  möhkəmlənir, inkişaf edir, dünyanın sayılan sivil dövləti kimi şöhrətlənir. Ölkəmizin hər bir bölgəsində gedən sosial-iqtisadi  inkişafı günbəgün  gözəlləşən  və yeniləşən  rayonumuzun  timsalında görürük. Eyni zamanda Azərbaycanın  mədəni irsi yüksək  səviyyədə beynəlxalq arenada təbliğ olunur. Qəbələdə keçirilən Beynəlxalq  Rəsm sərgiləri, Beynəlxalq Musiqi festivalları, Beynəlxalq Konfranslar buna bariz nümunədir. 2013-cü il Qəbələnin MDB ölkələrinin mədəniyyət paytaxtı seçilməsi təsadüfi deyil. Mədəni irsimizin  təbliği sahəsində aparılan işlərdə Heydər Əliyev Fondunun misilsiz xidmətləri var.Bütün bunlar hamısı gənclərimizi ruhlandırır, sevindirir. Buna görədə hər bir Azərbaycan gənci  cənab prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi siyasəti ürəkdən dəstəkləyir.Tədbirdə “Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin gənclər tərəfindən dəstəklənməsi” mövzusunda çıxış edən rayon icra hakimiyyətinin sektor müdiri Varis Yaqubov ötən illər ərzində ölkədə həyata keçirilən gənclər siyasəti haqqında geniş məlumat vermiş, gənclərə göstərilən diqqət və qayğıdan danışmış, onların cəmiyyətin gələcəyi üçün yüksək intellektli vətəndaş kimi yetişdirilməsində dövlətin rolu məsələlərini təhlil etmişdir.Natiq həmçinin cənab İlham Əliyev tərəfindən reallaşdırılan strateji kursu daxili ictimai-siyasi sabitliyi və tərəqqini yüksək səviyyədə təmin etdiyini diqqətə çatdırmışdır.Məruzəçi Azərbaycanın iqtisadi baxımdan lider ölkəyə çevrilməsini, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, düşünülmüş iqtisadi strategiyanın uğurla davam etdirilməsinin məntiqi nəticə sayıla biləcəyini, dövlət başçısının islahatları uzun müddətli, həmçinin, yeni inkişaf erasının tempinə uyğun aparmaq qətiyyətinin siyasi peşəkarlıq nümunəsi olduğunu vurğuladı.Varis Yaqubov ölkənin tarazlı inkişafını təmin edən Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində regionların simasının dəyişdiyini, yerlərdə gedən sosial-iqtisadi inkişafın daha da genişləndirildiyindən bəhs etmişdir. Məruzədə həyatımızın bütün sahələrini əks etdirən proqramların mövcudluğu, həyata keçiriləcək layihələrin xalq tərəfindən dəstəkləndiyi, adamlarda gələcəyə daha böyük inam hissinin  yarandığı qeyd edildi.Mövzu ətrafında rayon Gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov və digərləri çıxış etdilər. Müzakirədən sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevə həsr olunmuş “Böyük ömrün davamı” adlı sənədli filmə tamaşa etdilər.Yekunda ekspozisiya zalında Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən sənədlərlə tanış oldular. 

Keçidlər