Uşaq hüquqları aylığı çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi” adlı tədbir keçirilmişdir.
Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Uşaq hüquqları aylığı çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi” adlı tədbir keçirilmişdir. Tədbirdə Qəbələ rayon icra hakimiyyətinin nümayəndəsi Pərvin Məmmədov, Qəbələ RPŞ-nın YYÇPİTQ—in baş inspektoru polis kapitanı Azər Hüseynov, Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktoru, məktəblilər və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları iştirak etmişlər. Toplantını giriş sözü ilə UADM-in direktoru Günel Ağayeva açaraq qeyd etmişdir ki, uşaq hüquqları dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hər birinin təyinində istifadə edilən universal anlayışdır. Qəbələ RİH nümayəndəsi Pərvin Məmmədov Uşaq hüquqları konvensiyasından söz açaraq Konvensiyanın 20 noyabr 1989ci- ildə BMT-in Baş Assambleyası tərəfindən qəbul olduğunu diqqətə çatdırdı. Bildirildi ki, Konvensiya 193 dövlət tərəfindən qəbul edilmiş uşaqların hüquqlarını təmin edən universal kodekstdir. Qəbələ RPŞ-nın inspektoru Azər Hüseynov uşaq hüquqlarının müxtəlif növ zorakılılq və istismardan qorunmalı olduğunu ifadə edərək qeyd etdi ki, bu hüquqlar uşaqlara qayğının göstərilməsi, zorakılıq, cəzalandırma, hərbi münaqişələrə cəlb edilmə, uşaq əməyinin istismarı, narkotik maddələrin istifadəsi və istismarı kimi məsələləri əhatə edir. Tədbir diskussiya şəraitində davam edib, uşaqların çoxsaylı sualları ətraflı cavablandırılıb, onlara hüquqi məsləhətlər verilib.