Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının fəalları ilə görüş keçirilib

18 iyul 2013 | 15:00

Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının fəalları ilə görüş keçirilib. İlk öncə İştirakçılar Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Konfransda çıxış edən rayon təşkilatının sədri Abil Ağasəfov 1993-cü ildə yaradılan partiyanın ötən müddət ərzində daha da təşkilatlandığını, ölkənin ictimai-siyasi, mədəni və təsərrüfat həyatında aparıcı qüvvəyə çevrildiyini bildirib. Bildirilib ki, bu dövrdə partiya üzvlərinin sayı 5300 nəfərə çatıb.Onlardan 40%-ni gənclər, 51%-ni isə qadınlar təşkil edir.Dövlətimizin başçısının həyata keçirdiyi siyasət nəticəsində 10 il ərzində Azərbaycan iqtisadiyyatının 3 dəfə artdığını nəzərə çarpdıran YAP sədrinin müavini,partiyanın icra katibi Əli Əhmədov dünya tarixində belə qısa müddət ərzində heç bir ölkənin iqtisadiyyatının üç dəfə artmasına dair məlumatın olmadığını bildirib. Qeyd olunub ki, yalnız Azərbaycan ötən 10 il ərzində Prezident İlham  Əliyevin rəhbərliyi altında bu dərəcədə möhtəşəm bir yüksəlişi təmin edə bilmişdir. YAP sədrinin müavini-icra katibi bildirib ki, bu iqtisadi yüksəliş Azərbaycanın həyatının bütün sahələrində dəyişikliklər üçün ciddi əsaslar yaradıb. Bu illər ərzində Azərbaycanda həyat, sözün həqiqi mənasında, əhəmiyyətli dərəcədə dəyişib. Bunun əsas səbəblərindən biri də odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini, mənasını və məğzini insan amili təşkil edir. İqtisadi inkişaf insanların həyat səviyyəsini yüksəldib. Bu gün insanlar daha yaxşı yaşayır, ehtiyacları daha dolğun ödənilir. Artıq Azərbaycanın hər bir yerində böyük yeniləşmə ab-havası və reallıqları yaşanmaqdadır. Prezidentin rəhbərliyi altında həyata keçirilən yenidənqurma, müasirləşmə siyasəti insanların həyatının mənasını dəyişdirir, onun yeni çalarlarını formalaşdırır. Bildirilib ki, Azərbaycanın bütövlükdə iqtisadiyyatında, dövlətimizin gücünün artmasında, fundamental yeniliklərin baş verməsində, həyatımızın yeni çalarlarının meydana gəlməsində bilavasitə əvəzsiz xidmətləri olduğuna görə Azərbaycan vətəndaşları İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsini birmənalı şəkildə dəstəkləyirlər. Millət vəkili Fəttah Heydərov çıxışında  Azərbaycanda hüquqi dövlət quruculuğunun inkişaf strategiyasının ulu öndər Heydər Əliyev tərəfindən hazırlandığını və bunun alternativinin olmadığını bildirib. Ümummilli liderin uzaqgörən siyasi fəaliyyəti nəticəsində xalqımız böyük uğurlar əldə edib. Qeyd olunub ki, bu gün ulu öndərin siyasi xətti dövlət başçısı tərəfindən uğurla davam etdirilir. Ümummilli lider tərəfindən hazirlanan  inkişaf strategiyasının bundan sonra da uğurla davam etdiriləcəyi diqqətə çatdırılıb.Sonda bir qrup gəncə partiya biletləri təqdim olunub.

Keçidlər