Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Solquca kəndində səyyar qəbul keçirilib.

30 oktyabr 2019 | 16:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayevin Solquca kəndində sakinlərlə görüş-qəbulu keçirilib. Görüş qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə və digər xidmət təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Görüşdə RİH-nin başçısı Prezdent İlham Əliyevin rəhbərliyi altında ölkədə gedən quruculuq-abadlıq işlərindən, iqtisadi və sosial sahədə əldə olunan uğurlardan danışıb. Vurğulanıb ki, ölkədə gedən geniş quruculuq işlərini Qəbələnin, o cümlədən Solquca kəndinin timsalında görmək mümkündür. Tədbirdə son illər kənddə inzibati ərazi nümayəndəliyinin yaradıldığı, nümayəndəlik üçün yeni inzibati binanın tikildiyi, kənddəki ibtidai məktəbin ümumi orta məktəbə çevrildiyi və bu təhsil müəssisəsi üçün müasir standartlara cavab verən məktəb binası inşa edildiyi səslənib. RİH başçısı qeyd edib ki, yaxın aylarda elektrik təsərrüfatında əsaslı təmir işlərinə də başlanacaq. Növbəti ildə isə yaşayış məntəqəsinin sel sularından mühafizəsi məqsədi ilə Qaraçayın sağ sahilində sahilbərkimə tədbirləri həyata keçiriləcək. Solquca kəndinə qaz xəttinin çəkilməsi üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını deyən rayon rəhbəri, kənd sakinlərinə meşələrin ciddi mühafizə olunması ilə bağlı konkret tösiyələr verib. Sonra görüş-qəbulda iştirak edən kənd sakinləri dinlənilib. Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələrindən Azad Mirzəliyev, Namiq Mikayılov, İslam Eyvazov, Sevil İsayeva, Ramin Mirzəliyev, İkram Babayev, Ağalar Mirzəliyev və başqaları son illər rayonda və kəndlərdə görülmüş quruculuq işlərinə və kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. Vətəndaşlar Solquca-Mıxlıqovaq yolunda körpünün tikilməsi, kənddəki feldşer məntəqəsi üçün yeni binanın inşa olunması ilə bağlı təkliflər veriblər. Daha sonra bir qrup sakinlərin fərdi xarakterli müraciətləri dinlənilib.Görüş-qəbulda səslənən müraciətlərin bir qismi isə yerindəcə həll edilib. Digər təkliflərin qanunamüvafiq qaydada icra olunması üçün RİH başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər