Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ məktəbliləri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb.

01 noyabr 2019 | 00:00

Qəbələ şəhər 5 saylı tam orta məktəbdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları” və “Dini radikalizmə qarşı mübarizə” mövzularında məktəblilərlə görüş keçirilib.Görüşdə polis veteranları, rayon polis şöbəsinin əməkdaşları, təhsil işçiləri, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Nadir Məmmədov bildirib ki, gənclər gündəlik həyatlarında təhsili, səmərəli fəaliyyəti və sağlam həyat tərzini özlərinə mayak seçməlidirlər. Bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın fəsadlarına qarşı mübarizə bu gün də aktual xarakter daşıyır. Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli tədbir görürlər. N.Məmmədov, həmçinin dini radikalizm və ekstremizm, onların törətdiyi sosial bəlalar, habelə bunlara qarşı mübarizə istiqamətində görülən tədbirlər barədə məlumat verib, ölkəmizdə dövlət-din münasibətləri, tolerant və multikultural mühitdən danışıb. Tədbirdə erkən nikah məsələsinə də toxunulub. Çıxış edənlər erkən nikahların boşanma hallarının artmasına, qızların təhsil imkanlarının məhdudlaşmasına səbəb olduğunu bildiriblər.Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər