Bu il Qəbələnin üzüm bağlarından 3684 ton məhsul yığılıb.
01 noyabr 2019 | 04:00
Qəbələ rayonunun təsərrüfatlarında üzüm yığımı başa çatıb. Torpaq mülkiyyətçiləri builki mövsümdə üzüm bağlarından 3 min 684 ton məhsul tədarük ediblər. Üzüm istehsalı ötən illə müqayisədə 100 tonadək artıb. Son illər rayonda üzümçülüyün inkişaf etdirilməsi istiqamətində fiziki və hüquqi şəxslər tərəfindən davamlı işlər görülür. Son üç ildə fermerlər tərəfindən rayon ərazisində 17 hektar sahədə yeni üzüm bağları salınıb. Hazırda Qəbələ rayonunda 421 hektar barverən üzüm bağı var.