Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Dövlət Bayrağı günü münasibətilə Qəbələ rayon Mədəniyyət Mərkəzində tədbir təşkil olunmuşdur.

08 noyabr 2019 | 00:00

Dövlət Bayrağı günü münasibətilə Qəbələ rayon Mədəniyyət Mərkəzində  dəyirmi masa  təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə açan İsmayıllı Regional Mədəniyyət İdarəsinin Qəbələ rayon üzrə məsləhətçisi Nargilə Qafarova çıxışında bildirdi ki, Azərbaycan Respublikasının dövlətçilik rəmzlərindən biri Dövlət Bayrağıdır. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə, himnimizə ehtiram göstərir və bunu özünün müqəddəs borcu kimi qəbul edir. Sonra çıxış edən Mədəniyyət Mərkəzinin direktoru  Malik Ağayev bildirdi ki, 1990-cı il noyabrın 17-də üçrəngli bayrağımızın ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın dövlət bayrağı kimi təsdiqlənmiş, 1991-ci il fevralın 5-də isə Azərbaycan Ali Sovetinin qərarı ilə müstəqil respublikanın Dövlət Bayrağı elan edilmişdir. Toplantı diskusiya şəklində davam etdirilmişdir.

Keçidlər