Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Gənclərin Sağlamlıq Festivalı

21 iyul 2013 | 09:00

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın 6.6.1-ci yarımbəndində rayon və şəhərlərdə zərərli vərdişlərin profilaktikası ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi mərkəzi və yerli icra hakimiyyətlərinin üzərinə vəzifə kimi qoyulmuşdur. Bu məqsədilə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliğ edilməsi məqsədilə 19 iyulda Qəbələ Olimpiya İdman Kompleksində “Gənclərin Sağlamlıq Festivalı” keçirmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaşar Nəzirov iştirakçıları Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin adından salamlayaraq, idmana dövlət tərəfindən göstərilən qayğıdan, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, təhsili sahəsində görülən işlərdən və qazanılmış nailiyyətlərdən danışdı. Daha sonra rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək layihənin məqsəd və vəzifələri haqqında məlumat verərək bildirdi ki, bu  gün ölkəmizdə gənclər siyasəti və idmanın inkişaf etdirilməsi sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Diqqətə çatdırıldı ki, bütün bunlar Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir.
Çıxışlardan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, festival açıq elan olundu və 200-dək uşaq və yeniyetmənin iştirakı ilə vətənpərvərlik və idman üslubunda musiqi sədaları altında rayonda fəaliyyət göstərən idman bölmələrindən – cüdo, boks, sərbəst-güləş, futbol, atletika və s. nümunəvi çıxışları nümayiş etdirildi. Daha sonra Kapoyera idman klubunun, olimp rəqs qrupunun və gənc estrada müğənnisi Rolan Seyidovun ifasında maraqlı konsert proqramı tamaşaçılara təqdim olundu.
Tədbirin sonunda fərqlənən idmanşçılara və məşqçilərə diplom və xatirə hədiyyələri təqdim edildi. Festival musiqi sədaları altında yekunlaşdı.

Keçidlər