Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi Dövlət Bayrağı günü münasibətilə toplantı keçirmişlər.
İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi Heydər Əliyev Mərkəzində 9 noyabr milli bayraq günü ilə əlaqədar olaraq “Heydər Əliyev və Azərbaycançılıq” mövzusunda toplantı keçirmişlər. İlk olaraq Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Həqiqət Rüstəmli Heydər Əliyevin Azərbaycan üçün, xalq üçün göstərdiyi ölçüyəgəlməz böyük işlərdən , təhsil,səhiyyə və mədəniyyət sahələrinə göstərdiyi xidmətlər mövzuda məruzə etmişdir.Daha sonra digər muzeyin əməkdaşları Heydər Əliyevin milli lider kimi mühüm xidmətlərindən: xalqımızın tarixi tərəqqi yolu,mənəvi dəyərləri,bu günki inkişafı, Azərbaycançılıq ideyası və məfkurəsinin formalaşdırılması kimi böyük əməyindən,1918-ci ildən sonra ilk olaraq ümumilli liderin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Azərbaycan dövlət bayrağnın qəbul edilməsi tarixindən söz açmışlar.Tədbirin sonunda məktəblilər Azərbaycan və milli bayrağımıza həsr olunmuş şeirlər söyləmişlər.