9 noyabr Dövlət Bayrağı günü münasibətlə rayonun ümumtəhsil məktəblərində geniş tədbirlər keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu ildə imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Bu münasibətlə Qəbələ rayon ümumtəhsil məktəblərində geniş tədbirlər keçirilmişdir.Yekun tədbir olaraq Şəhər 5 saylı tam orta məktəbdə dəyirmi masa keçirildi.Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlandı.Məktəbin tarix müəllimi Tahir Məsimov məruzə etdi.Şagrdlərin ifasında şeirlər kompozisiya səsləndi,tədbirdə RTŞ-nin müdiri Arifə Bayramova və tarix fənni üzrə metodist T.İsayeva iştirak etmişlər. A.Bayramova tədbir iştirakçılarını bu əlamətdar gün münasibəti ilə təbrik etmiş onlara daha böyük uğurlar arzulamışdır.
.jpg)
.jpg)
.jpg)
.jpg)













