Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Dövlət Bayrağı Günü münasibətilə “Bayraq yürüşü” keçirilib.

09 noyabr 2019 | 02:00

“9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” ilə əlaqədar Qəbələ rayon İcra Hakimiyyəti və Qəbələ rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə bayraq yürüşü keçirilmişdir. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın, xüsusilə bayrağımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır. 500-dək yeniyetmə və gəncin qatıldığı yürüş Ümummilli Lider Heydər Əliyevin abidəsindən başlayıb və Şəhidlər Xiyabanı Kompleksinədək davam etmişdir. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və yürüş iştirakçıları bayram münasibətilə təbrik edilmişdir. Xiyabanın önündə tədbiri giriş sözü ilə açan Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov bildirib ki, üçrəngli bayrağımız Azərbaycanın varlığını və gücünü dünyaya, həmçinin dostlarımıza və düşmənlərimizə tanıdır. İdarə rəisi Qəbələ rayon İcra Hakimiyyəti və Qəbələ rayon Gənclər və İdman idarəsinin təşəbbüsü ilə keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram və bağlılıq ruhunda tərbiyə olunması baxımından xüsusi rolunu vurğulayıb.Daha sonra çıxış edən Qəbələ rayon Təhsil şöbəsinin müdiri Arifə Bayramova, Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Namiq Muradov, rayon İcra hakimiyyətinin məsul işçisi Azər Şirinov, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin direktoru Eyvaz Kazımov çıxış edərək belə tədbirin keçirilməsinin əhəmiyyətini vurğulayaraq gənclərdə dövlət rəmzlərinə, bayrağımıza olan sevgi və ehtiramın daha da artmasına töhfə verdiyini deyərək bayram münasibətilə təbriklərini gənclərə çatdırmışlar.

Keçidlər