Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonda növbəti ağacəkmə kampaniyası keçirilib.

13 noyabr 2019 | 04:00

Ekoloji balansın bərpası, ətraf mühitin qorunması və yeni yaşıllıqların salınması Qəbələ Suvarma Sisteləri İdarəsinin diqqətdə saxladığı ən mühüm məsələlərdəndir.
Noyabrın 12-də idarənin kollektivi tərəfindən Nohur gölü ərazisində növbəti ağacəkmə kampaniyası keçirilib. Ağacəkmə aksiyasına 100 nəfərdən artıq işçisi və idarənin maşın-mexanizmləri cəlb edilib. Keçirilən tədbirlər zamanı ərazi kollardan təmizlənib, gölün mühafizə zolağındakı qurumuş ağaclar və kənar əşyalar yığışdırılaraq götürülüb.
Su hövzələrində ekoloji təmizliyin daha da yaxşılaşdırılması, yaşıllıqların artırılması, ağac əkininin təşviqi məqsədilə keçirilən ağacəkmə kampaniyasında 300-dən çox gilas, alça və digər müxtəlif növ meyvə ağacları əkilib.
Qeyd edilməlidir ki, ekoloji balansın bərpası, təbii mühitin qorunması, atmosferin oksigenlə zənginləşdirilməsi məqsədilə təşkilat tərəfindən daim yaşıllaşdırma istiqamətində vacib addımlar atılır, ağacəkmə kampaniyaları keçirilir. Suvarma sistemləri idarəsinin işçiləri bu günə kimi rayonun müxtəlif yerlərində xeyli müxtəlif cinsli ağaclar əkmişlər və bu sosial aksiyanın bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

Keçidlər