Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ məktəbliləri tur-aksiya çərçivəsində respublikamızın cənub bölgəsi ilə yaxından tanış olacaqlar.

14 noyabr 2019 | 00:00

Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunması ilə bağlı məktəblilər ölkəmizin hər bir regionunda iqtisadi-sosial sahədə əldə olunan nailiyyətlərlə, tikinti-abadlıq işləri ilə yaxından tanış olurlar. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir. Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil olunan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində noyabrın 13-də Qəbələ rayon məktəblilərinin Lənkəran, Masallı və Astara rayonlarına yola salınma mərasimi olub. Maarifləndirici tur aksiyanın təşkil olunması üçün rayon icra hakimiyyəti tərəfindən qərargah yaradılıb. RİH-nin informasiya təminatı və təhlil sektorunun müdiri Zahir Kərimov qrupa rəhbər təyin olunub. Tur-aksiyada iştirak edəcək məktəblilər tibbi müayinədən keçirilib, şagirdlərə xüsusi geyimlər paylanılıb. Daha sonra 40 nəfər tur-aksiya iştirakçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər. Sonda tur-aksiyada iştirak edən şagirdlər və onları müşaiyət edən müəllimlər onlar üçün ayrılmış xüsusi avtobusla cənub bölgəsinə yola düşüblər.

Keçidlər