Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Cənub bölgəsi ilə tanışlıq məktəblilərdə zəngin təəssürat yaradıb.

16 noyabr 2019 | 02:00

Noyabrın 14-də “Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçısı olan Qəbələ məktəbliləri Astara və Masallı rayonlarına səyahət ediblər. Onlar Astara rayonunda Heydər Əliyev Mərkəzində, “Gənclər evi”ndə, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksində, “Yanar bulaq”da və “Astaraçay” MMC-nin çay fabrikində, Masallı rayonunda Heydər Əliyev Mərkəzində, bayraq meydanında, tarix-diyarşünaslıq muzeyində, dövlət rəmzləri muzeyində, olimpiya idman kompleksində, uşaq incəsənət məktəbində, “ASAN həyat” kompleksində, Viləşçay Su Anbarında və Masallı Sənaye Məhəlləsində olublar. Cənub bölgəsi ilə tanışlıq məktəblilərdə zəngin təəssürat yaradıb. Axşam yeməyindən sonra məktəblilər Lənkərandakı “Şah sarayı”nda onlar üçün təşkil edilmiş müxtəlif əyləncəli proqramlarda iştirak ediblər.

Foto qalereya

Keçidlər