Qəbələ rayon Heydər Əliyev Mərkəzində “17 noyabr - Milli Dirçəliş Günü” dür başlığı altında tədbir keçirilmişdir.
17 noyabr Milli Dirçəliş günü münasibətlə Qəbələ rayon Heydər Əliyev Mərkəzində Uşaq və Ailələrə Dəstək Mərkəzi tədbir keçirmişdir. Tədbirdə Asan Xidmət Mərkəzindən ,Uşaq və Ailələrə dəstək Mərkəzindən, rayon idarə və müəssisələrində nümayəndələr iştirak edirdilər. Azərbaycan dövlət himni səsləndikdən sonra giriş sözü ilə Uşaq və Ailərə Dəstək Mərəzinin nümayəndəsi Hökümə İsmayılova və digərləri çıxış edərək 17 noyabr Milli Dirçəliş günü haqqında geniş məlumat veriblər. Bildirilib ki, bu gün respublikamızın hər bir yerində olduğu kimi, qeyd etdiyimiz 17 noyabr Milli Dirçəliş günü xalqımızın tarixində bənzəri olmayan hadisələrdən biridir. 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Müstəqil Azərbaycanın dövlət səviyyəsində qeyd etdiyi bayramlar içərisində Milli Dirçəliş günü xüsusi yer tutur. Daha sonra Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Günel Ağayeva çıxış edərək, 17 noyabr Milli Dirçəliş gününun xalqımızın milli azadlıq hərəkatının başlanğıcı kimi önəmindən danışdı. O , tarixin dəfələrlə müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu sübut etdiyini qeyd edərək, Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda mübarizəyə qalxmasını, heç bir qüvvənin xalqın əzmini qıra bilmədiyini bildirmişdir. Qeyd etmişdir ki,belə bir ağır vəziyyətdə xalqımızn böyük oğlu, ümummilli lider, müdrik dövlət xadimi Heydər Əliyevin özünün bütün varlığı ilə vətəninə, öz doğma millətinə bağlı olduğunu bir daha sübut edərək, bu ağır həm də şərəfli missiyanı öz üzərinə götürdüyunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Bu gün Azərbaycan gələcəyə inamla baxır ona görə ki, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin taleyi etibarlı əllərdədir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyev ölkəmizi işıqlı gələcəyə, yeni uğurlara inamla aparır. Tədbirin sonunda məktəblilər şeir parçaları ilə çıxış etmiş, 17 noyabr Dirçəliş Gününə həsr olunmuş film nümayiş olunmuşdur.