Yeni Azərbaycan Partiyasının təsis olunmasının ildönümü qeyd edilib.
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 27-ci ildönümü Qəbələ rayonunda təntənə ilə qeyd olunub. Noyabr ayının 21-də Yeni Azərbaycan Partiyası Qəbələ Rayon Təşkilatı idarə heyətinin, şurasının üzvləri, partiya veteranları, fəallar, qadınlar və gənclər təşkilatlarının üzvləri Heydər Əliyev Parkına gələrək burada Yeni Azərbaycan Pariyasının qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, dahi rəhbərin xatirəsinə ehtiramlarını nümayiş etdirmişlər. Yeni Azərbaycan Partiyası Rayon Təşkilatının qərargahında davam edən tədbirdə təşkilatın sədri Abil Ağasəfov toplantı iştirakçılarını, bütün YAP üzvlərini Yubiley münasibətilə təbrik etmişdir. Rayon təşkilatının sədri çıxışında Ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının təsis edilməsi və respublikada güclü siyasi qüvvəyə çevrilməsi yolundakı əvəzedilməz fəaliyyətindən danışmışdır. Abil Ağasəfov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev bütün sahələrdə olduğu kimi partiya quruculuğu sahəsində də Heydər Əliyev siyasi kursunu uğurla davam etdirmişdir. Bunun nəticəsidir ki, hazırda Yeni Azərbaycan partiyası nəinki ölkəmizdə, hətta bütün regionda ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrilmişdir. Ölkəmizdə sosial-iqtisadi sahədə gedən inkişafda, quruculuq sahəsində nəhəng layihələrin reallaşmasında Yeni Azərbaycan Partiyası fəal iştirak edir. Yeni Azərbaycan Partiyası veteranlarından Tahir Hacıyev, Rasim Nəbiyev, YAP rayon təşkilatı qadınlar şurasının sədri Arifə Bayramova, gənclər birliyinin sədri Anar Şirinov tədbirdə çıxış etmişlər.