Ədliyyə işçiləri peşə bayramını qeyd edib.
Noyabrın 22-də Qəbələdə ədliyyə işçilərinin peşə bayramı qeyd olunub. RİH başçısının birinci müavini Abil Ağasəfov və hüquq-mühafizə orqanlarının rəhbərləri rayon məhkəməsinin və vətəndaşların qeydiyyatı şöbəsinin kollektivi ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, ulu öndərin xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Azərbaycanın ədliyyə və məhkəmə sisteminin yaranma və inkişaf tarixindən danışılıb, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə məhkəmə-hüquq islahatlarının uğurla aparıldığı, bu sahədə böyük nailiyyətlərin əldə olunduğu diqqətə çatdırılıb. Çıxış edənlər son illər ədliyyə orqanlarının maddi-texniki bazasının gücləndirildiyini bildirib, ölkədə insan hüquqlarının müdafiəsi sahəsində görülən işləri yüksək qiymətləndiriblər.