Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Məmmədağalı kəndində səyyar qəbul keçirilib.

28 noyabr 2019 | 07:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı cənab Səbuhi Abdullayev Məmmədağalı kəndində görüş-qəbul keçirib. Görüş-qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və xidmət sahələrinin rəhbərləri kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı tədbirə toplaşanları salamlamış, əhali ilə keçirilən görüş-qəbulların əhəmiyyətindən danışmışdır. Başçı bildirmişdir ki, bu cür tədbirlər yerlərdə olan vəziyyətlə daha yaxından tanış olmaq, həlli vacib olan məsələləri dərindən öyrənmək və operativ şəkildə həll etmək imkanı yaradır. Rayon icra hakimiyyətinin başçısı ölkəmizdə, rayonumuzda həyata keçirilən, keçirilməkdə olan və gələcəkdə icrası nəzərdə tutulan sosial-iqtisadi layihələr barədə görüş-qəbul iştirakçılarına məlumat vermişdir. Tədbirdə iştirak edən kənd ictimaiyyətinin nümayəndələri ölkəmizdə həyata keçirilən nəhəng sosial-iqtisadi proqramları, köklü islahatları yaxından izlədiklərini və razılıqla qarşıladıqlarını bildirmişlər. Əsasən əkinçilik, meyvəçilik və heyvandarlıqla məşğul olan Məmmədağalı kəndinin sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev başda olmaqla ölkə rəhbərliyi tərəfindən kənd sakinlərinə göstərilən hərtərəfli qayğı və dəstəyə görə minnətdarlıqlarını bildirmişlər. Qeyd edilmişdir ki, bu qayğı sayəsində ölkəmizin hər yerində olduğu kimi Məmmədağalı kəndində də kənd təsərrüfatı məhsullar istehsalı ildən-ilə artır ki, bu da əhalinin rifah halının daha da yaxşılaşmasına stimul yaradır. Kənd sakinlərindən Cəbrayıl Məhəmmədov, Bayram Kərimov, Araz Məmmədov, Leyla Əliyeva və başqaları çıxış edərək səyyar görüş-qəbulları əhaliyə göstərilən qayğının əlaməti kimi yüksək qiymətləndirmişlər. Çıxış edənlər Vəndam qəsəbəsindən Məmmədağalı kəndinə gələn yolun yenidən qurulmasına, kəndə təbii qaz çəkilməsinə, işıq xətlərinin yenilənməsinə, içməli su ilə təminatın yaxşılaşdırılmasına köməklik göstərilməsini xahiş etmişlər. Görüş-qəbulda eyni zamanda işə düzəlmə, xəstə müalicəsinə kömək kimi fərdi xarakterli xahişlər də səslənmişdir. Rayon icra hakimiyyətinin başçısı kənd ictimaiyyəti nümayəndələrinin xahiş və təkliflərinin icrası ilə əlaqədar aidiyyatı təşkilatların rəhbərlərinə tapşırıqlar vermişdir. Bir sıra xahiş və təkliflər yerindəcə həllini tapmışdır.

Keçidlər