Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Çarxana kəndində səyyar qəbul keçirilib.

05 dekabr 2019 | 02:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev növbəti dəfə rayonun Çarxana kəndində vətəndaşlarla görüşmüşdür. Görüş-qəbulda RİH-nin məsul işçiləri, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Görüşü giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı sosial-iqtisadi sahədə həyata keçirilən layihələrin nəticəsində bütün sahələrdə əsaslı dönüş yarandığını, ölkəmizdə əhalinin maddi rifahının yaxşılaşdırılması istiqamətində müntəzəm olaraq zəruri addımların atıldığını bildirmişdir. O, ölkədə görülən işlərin fonunda rayonumuzda yeni məktəb binalarının tikildiyini, müasir tipli parkların salındığını, yolların asfaltlaşdırıldığını, qaz xətlərinin çəkildiyini, elektrik təsərrüfatında təmir işlərinin aparıldığını və digər abadlıq işlərinin həyata keçirildiyini diqqətə çatdırmışdır. Natiq bütün bunların ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin səmərəli fəaliyyətinin nəticəsi olduğunu qeyd etmişdir. Qəbələdə aqrar sektorun genişləndirilməsi və inkişafı üçün münbit şəraitin olduğunu qeyd edən RİH başçısı strateji əhəmiyyətə malik kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına əhalinin diqqətinin daha da gücləndirilməsinin vacibliyini bildirmişdir. Görüş-qəbulda iştirak edən kənd sakinləri rayonumuzda aparılan geniş abadlıq və quruculuq işlərinə göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə razılıqlarını ifadə etmiş, ölkə başçısının qəbələlilərə bəslədiyi münasibəti və diqqəti yüksək qiymətləndirmişlər. Çıxış edənlərdən Bayram Əliyev, Əliyar Hüseynov, Tofiq Şahmurov, Azad Hacıyev, Təbriz Məhərrəmov, Rəfiqə Hüseynova və digərləri kənddə uşaq bağçasının açılması, yeni transformatorun quraşdırılması, ərazidə yeni artezian quyusunun qazılması, məktəb üçün əlavə tədris korpusunun inşa edilməsi, yaşayış məntəqəsinin suvarma suyu ilə təchiz olunması və kənd yolunun yenidən qurulması barədə təkliflər irəli sürmüşlər. Rayon icra hakimiyyətinin başçısı kənd sakinləri ilə keçirilən səmimi və işgüzar görüşdən məmnunluq duyduğunu bildirmiş, qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermişdir.

Keçidlər