Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edildi.
09 dekabr tarixində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə bir dəqiqəlik sükutla Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etdilər. Tədbiri məktəbin psixoloqu Z. Hüseynova açaraq qeyd etdi ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Sonra Məktəbin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri B.Qasımov qeyd etdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Məktəbin dil-ədəbiyyat müəllimi F.Tağıyeva Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Təhsil Mərkəzinin direktoru, iqtisad elmləri namizədi Namik Muradov çıxış edərək məlumat verdi ki, Heydər Əliyev, bütün bu illərdə Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş onun adı ilə bağlıdır.