Ulu Öndərə böyük ehtiram.
Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar şəhər 2 nömrəli tam orta məktəbdə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə məktəbin direktoru Təranə Səlimova açmış, ümummilli liderin siyasi fəaliyyəti barədə geniş məlumat vermişdir. O bildirmişdir ki, Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün dünyada tanınan lider olmuşdur. Onun Azərbaycana rəhbərlik etdiyi illər Azərbaycan tarixinin qızıl dövrü adlandırılır. Bu gün bütün sahələrdə qazandığımız nailiyyətlər onun yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Tədbir məktəb şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir. Ulu öndərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilmişdir. Tədbir dahi rəhbərin siyasi fəaliyyətini əks etdirən video çarxın nümayişi ilə başa çatdırılmışdır.