Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon mərkəzi xəstəxanasında ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunmuşdur.

12 dekabr 2019 | 07:00

Rayon mərkəzi xəstəxanasının publik-hüquqi şəxsin akt zalında ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar  tədbir keçirilmişdir. Tədbirdə publik-hüquqi şəxsin baş drektoru Sabir Bayramov, həkimlərdən Şirin Muştaqov, Telli Babayeva və digərləri ümummilli liderin həyat və fəaliyyəti haqqında məruzə etmişlər. Natiqlər bildirmişlər ki, ulu öndər Heydər Əliyevin bütün həyatı və fəaliyyəti doğma Azərbaycana, azərbaycan xalqına sədaqətlə xidmətə həsr olunmuşdur. Sovetlər dönəmində, 1969-cu ildə Azərbaycanın rəhbəri vəzifəsinə seçilən Heydər Əliyev bütün qadağalara baxmayaraq Azərbaycanı gələcək müstəqillik dövrünə hazırlamışdır. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü iqtisadiyyata, təhsilə, mədəniyyətə, kadr potensialına malik bir respublikaya çevrilmişdir. Heydər Əliyev Azərbaycanı müstəqilliik illərinin ilk çətin illərindən məharətlə çıxararaq ictimai və siyasi cəhətdən sabit, iqtisadi cəhətdən sürətlə inkişaf edən bir ölkə səviyyəsinə çıxarmışdır. Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində Azərbaycanın müstəqilliyi əbədilik qazanmışdır. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin müəyyən etdiyi yolla yeni-yeni zirvələrə doğru inamla irəliləyir.

Keçidlər