Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Mamaylı kəndində səyyar qəbul keçirilib.

12 dekabr 2019 | 08:00

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Mamaylı kənd sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib. Görüşdə RİH-nin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər. Görüşü Səbuhi Abdullayev açaraq son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə məlumat verib.
RİH başçısı qeyd edib ki, ölkədə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanın hər bir bölgəsində, o cümlədən rayonumuzda geniş tikinti-abadlıq işləri aparılır - yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, sosial layihələr həyata keçirilir. Dövlət rəhbəri tərəfindən aqrar sahəyə xüsusi diqqət yetirildiyini qeyd edən RİH-nin başçısı rayonumuzda və eləcə də Mamaylı kəndində strateji kənd təsərrüfatı məhsulları olan tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi məsələlərini önə çəkib. Görülən bütün bu işlərin, həyata keçirilən tədbirlərin sonda yalnız bir amala-əhalimizin yaxşı yaşamasına xidmət etdiyini vurğulayan natiq insanlarımızın məşğulluğunun təmin olunması, onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün stimul verdiyini bildirib. Səyyar qəbulda iştirak edən kənd sakinləri onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Çıxış edən sakinlərdən İkram Əliyev, Bayraməli Bayramov, Elxan Mikayılov, Rafiq Ömərov, Elşən İsayev, Rəhman Mirzəliyev və digərləri kənd məktəbi binasının əsaslı təmir olunmasına, yeni artezian quyusunun qazılmasına, ərazidə elektrik transformatorunun quraşdırılmasına, suvarma kanalının təmizlənməsinə və Hacıalılı-Mamaylı-Bayramkoxalı yolunun asfaltlaşdırılmasına köməklik göstərilməsini xahiş ediblər. Görüşdə sakinlər tərəfindən verilən təkliflərin və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər