Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ümummilli lider Heydər Əliyevin anım günü Qəbələ rayonunda böyük ehtiramla qeyd olunub.

12 dekabr 2019 | 16:00

Ümummilli lider Heydər Əliyevin anım günü Qəbələ rayonunda böyük ehtiramla qeyd olunub. Dekabrın 12-də on minlərlə qəbələli dahi rəhbərin xatirəsinə ehtiramlarını bildirmək üçün onun abidəsinin ucaldığı Heydər Əliyev Parkına axışıb. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, RİH aparatının, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, təhsil, səhiyyə, mədəni-maarif ocaqlarının, özəl qurumların kollektivləri, ictimaiyyətin nümayəndələri böyük izdihamla ümummilli liderin abidəsi qarşısına gələrək, önünə gül-çiçək dəstələri düzüb, ulu öndərə dərin ehtiramlarını bildiriblər. Ulu öndər Heydər Əliyevin anım günü axşama qədər davam edib. Qeyd etmək lazımdır ki, Heydər Əliyevin anım günü ilə əlaqədar hələ noyabr ayının sonundan başlayaraq rayonun idarə və müəssisələrində, təhsil, səhiyyə və mədəni-maarif ocaqlarında silsilə tədbirlər keçirilib. Tədbirlərdə dahi rəhbərin Azərbaycana rəhbərliyi dövründəki yorulmaz fəaliyyətindən danışılıb. Bildirilib ki, ölkəmizin müstəqilliyinin qorunub saxlanılması, dayanıqlı təməl üzərində yüksəlişi Heydər Əliyevin adı ilə bağlıdır.

Keçidlər