Seçkilərdə ilk dəfə səs verəcək rayon gəncləri ilə “Sənin səsin - sənin gələcəyin” devizi altında maarifləndirici toplantı keçirilib.
Qəbələ rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında keçiriləcək seçkilərlə əlaqədar “Sənin səsin - sənin gələcəyin” devizi altında 13 dekabr 2019-cu il tarixdə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində ilk dəfə səs verəcək seçicilərlə maarifləndirici toplantı keçirililmişdir. Toplantıda 50 nəfər 18 yaşı tamam olmuş ilk dəfə səs verəcək gənclər iştirak etmişdir. Toplantını giriş sözü ilə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzinin direktor müavini Camal Rəsulov açaraq toplantı iştirakçılarını salamlamış, tədbirin mahiyyətinin gənclərin daha geniş surətdə maariflənməsi, seçkilər haqqında daha çox biliklərə yiyələnməsi, bir sözlə öz hüquq və vəzifələrini mükəmməl bilməsi olduğunu bildirmişdir. Sonra rayon Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov çıxış edərək tədbirin keçirilməsində məqsədin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasını təmin etmək və ilk dəfə səs verən gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsi, infor¬ma¬siya çatışmazlığının aradan qaldırılması, gənclərin seçkilərdə aktiv iştirakına töhfə verməkdən ibarət olduğunu bildirmişdır. Tədbirdə ilk dəfə səs verəcək gənc Ədibə İbrahimova və digərləri çıxış edərək gənc seçiciləri aktiv olmağa dəvət etmişlər.