Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ədliyyə nazirinin müavini Qəbələdə vətəndaşları qəbul edib.

20 dekabr 2019 | 02:00

Azərbaycan Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarının icrası Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. Dekabrın 18-də Ədliyyə nazirinin müavini Toğrul Musayev tərəfindən Qəbələ şəhəri Mədəniyyət Mərkəzində vətəndaşların qəbulu keçirilib. Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram ifadə olunub. Qəbulda vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri diqqətlə dinlənilib, qaldırılan məsələlərlə bağlı nazirliyin qəbulda iştirak edən məsul işçilərinə və aidiyyəti qurumlarına tapşırıqlar verilib. Rayon sakinləri vətəndaşların bölgələrdə qəbulu və müraciətlərinə baxılması ilə bağlı Azərbaycan Prezidenti tərəfindən yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər. Səfər çərçivəsində, həmçinin Qəbələ “ASAN xidmət” mərkəzində ədliyyə qurumlarının fəaliyyəti və iş şəraiti ilə tanışlıq olub, vətəndaşlara daim qayğılı münasibət göstərilməsi, məmnunluğun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl edilməsi vurğulanıb.

Keçidlər