Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Rayonun Uludaş kəndində səyyar qəbul keçirilib.

20 dekabr 2019 | 04:00

Görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak edib. Tədbiri açan rayon icra hakimiyyətinin başçısı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Qəbələ rayonunda həyata keçirilən sosial infrastruktur layihələrindən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb. RİH-nin başçısı bildirib ki, tikintisi yeni başa çatdırılan Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx asfalt yolunun kənd sakinlərinin istifadəsinə verilməsi son illər ərzində bu yaşayış məntəqələrinə göstərilən diqqət və qayğının yüksək təzahürüdür. Sonra kənd sakinləri dinlənilib. Çıxış edənlərdən Məcid Həmidov, Məhəmmədəli Nəsrullayev, Mürvət Bəkirov, Sevinc Qaçayeva, Oqtay Məmmədov, Qərib Qaçayev və digərləri rayonda aparılan abadlıq-quruculuq işlərinə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar Uludaş kəndinə qaz xəttinin çəkilməsinə, işıq xətlərinin və transformatorun təmir olunmasına, yeni yaşayış massivində artezian quyusunun qazılmasına, kəndin mərkəzi yolunun təmir olunmasına, məktəbdə yardımçı sinif otaqlarının inşa olunmasına və ərazidə sel sularına qarşı beton mühafizə bəndinin tikilməsinə köməklik göstərilməsini xahiş ediblər. Sakinləri narahat edən məsələlərlə bağlı verilən sualları ətraflı cavablandıran RİH başçısı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.

Keçidlər